
“People. planet. prosperity.” konsept mesajı ilə 2-ci “Sustainable Construction Summit” tədbiri keçirildi
10 aprel 2025-ci il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirildi.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir bütöv günü əhatə etmiş və Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarovun, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqləri ilə başlamışdır. Tədbirdə həmçinin Azərbaycanda keçirilmiş COP29 təşəbbüslərinə dəstək məqsədilə imzalanmış “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli panel, “Açıq söhbət” adlı eksklüziv sessiya, PMO.az-ın dəstəyi ilə keçirilən vörkşop və “The Builder’s Awards” təltifetmə mərasimi təşkil olunmuşdur. Ümumilikdə tədbirdə 7 spiker və 250 nəfərə yaxın rəhbər, idarəçi və qərarverici şəxs iştirak etmişdir.
Qeyd olunmuşdur ki, “people.planet.prosperity.” konsepti dayanıqlı tikintinin əsas sütunlarını əks etdirir və insan rifahını, ekoloji məsuliyyəti və iqtisadi inkişafı prioritetləşdirən balanslı yanaşmanı vurğulayır. Bu konsept BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG-lərə) uyğun olan, hərtərəfli yanaşmanı əks etdirən “Yaşıl Layihə İdarəetməsi” tərəfindən hazırlanmış 5P standartları çərçivəsində formalaşdırılmışdır.
Zirvə “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, PMO.az Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə baş tutmuşdur.
“Green Public” startapının həmtəsisçisi Tural Yusifovun moderatorluğu ilə keçirilmiş “Follow-up” adlı I panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov olmuşdur.
“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev çıxış etmişdilər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunmuş, həmçinin səmimi, dərin diskussiyalar zamanı aktual suallar cavablandırılmış və dayanıqlı inşaatın inkişafına dair yeni ideyalar təqdim olunmuşdur.
Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında keçirilmiş “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşopa PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru Rəşad İbrahimov moderatorluq etmişdir.
Əgər siz də GPM-b sertifikatını almaq istəyirsizsə, bu linkdən məlumat ala bilərsiniz
“The Builder’s Awards” təltifetmə mərasimində isə ölkəmizdə tikinti sektorunun ən innovativ və uğurlu layihələrini bir araya gətirərək sahənin inkişafına töhfə verən şirkətlər mükafatlandırılmışdır. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qalib elan edilmiş şirkətlər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçilmişdir. Təltifetmə mərasimi eyni zamanda tikinti sektorunun aparıcı şirkətləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları üçün unikal platforma rolunu oynamışdır.