
7 iyun - 3 günlük proqramımızın 2-ci günü
3 günlük proqramımızın 2-ci günü, 7 iyun
Səhər Ibis Baku City oteli qarşısında toplaşıb Qobustana yola düşdük.Burada əvvəlcə Qobustan muzey-qoruğu və qayaüstü rəsmləri gördük,sonra isə açıq havada ekskursiya və palçıq vulkanlarına səfər etdik.
Naharı Xəzər sahilində yerləşən Darya Fish House restoranında etdik və dəniz kənarında gəzintidən zövq aldıq.Daha sonra Bakının müasir simvolu olan Ağ Şəhərə keçdik.Nizami Gəncəvi parkında gəzintidən sonra Nobel qardaşlarının ev muzeyinə baş çəkdik.
Günün sonunda otelə qayıtdıq və Qala gecəsinə hazırlaşdıq.Axşam saatlarında “Şirvanşahlar” Muzey-Restoranında təşkil olunan möhtəşəm şam yeməyində iştirak etdik.Bu məkan həm tarixi atmosferi, həm də zəngin milli mətbəxi ilə iştirakçıları valeh etdi.Bu dəfə dadına baxa bilmədiklərimizi mütləq sınadıq və Azərbaycan mətbəxinin rəngarəngliyinə bir daha heyran olduq.
7 iyun maarifləndirici,mədəni baxımdan zəngin,həmçinin dostluq və paylaşım ruhunda keçən bir gün oldu,proqramımızın parlaq anlarından biri kimi yaddaşlarda qaldı.