PMO.az – Layihə Düşüncə Məktəbinin təşkilatçılığı ilə “İT layihə idarəetməsi” mövzusunda master-klass keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) PMO.az – Layihə Düşüncə Məktəbinin təşkilatçılığı ilə “İT layihə idarəetməsi” mövzusunda master-klass keçirilib.
PMO.az-ın rəhbəri Rəşad İbrahimov açılış nitqində gənclərin peşəkar inkişafı və layihə idarəçiliyinin ölkədə təşviqi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Tədbirdə təlimçi, 16 illik təcrübəyə malik informasiya təhlükəsizliyi üzrə mütəxəssis Nailə Məmmədli kibertəhlükəsizlik, layihə idarəçiliyi və “İnformasiya Təhlükəsizliyi Maarifləndirilməsi” layihəsi ilə bağlı praktiki biliklərini iştirakçılarla bölüşüb.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.
Sonda fəallığı ilə seçilən tələbələr PMO.az tərəfindən hədiyyələrlə təltif olunublar.
