AHİK əməkdaşları üçün keçirilən “Layihələrin idarə olunması əsasları” təliminin yekun müdafiə mərhələsi uğurla tamamlandı. İştirakçılar hazırladıqları layihələri təqdim edərək təlim müddətində qazandıqları bilik və bacarıqları peşəkar şəkildə nümayiş etdirdilər.
Müdafiə prosesində göstərdiyi dəstəyə və peşəkar qiymətləndirməsinə görə ekspertimiz Adil Abdullayev-ə, eləcə də çıxış edən digər ekspertlərə təşəkkür edirik.
Təlim və müdafiə mərhələsinin həyata keçirilməsində verdikləri dəstəyə görə AHİK rəhbərliyinə və əməkdaşlarına, həmçinin təşkilati proseslərdə yaxından iştirak edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası komandasına minnətdarlığımızı bildiririk.
Bütün iştirakçıları təbrik edir, gələcək layihə fəaliyyətlərində uğurlar arzulayırıq! ✨🤝
