PMO.az – Layihə Düşüncə Məktəbinin təşkilatçılığı ilə “Məxfiliyin qısa tarixi və məqsədi” mövzusunda master-klass keçirilib.
28 noyabr tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasında, PMO.az – Layihə Düşüncə Məktəbinin təşkilatçılığı ilə Sadiq İsmaylovun təqdimatında “Məxfiliyin qısa tarixi və məqsədi. Məxfilik nədir?” mövzusunda master-klass keçirildi.
Təlim zamanı məxfiliyin inkişaf mərhələləri, müasir təşkilatlarda informasiya təhlükəsizliyinin rolu və şəxsi məlumatların qorunmasının strateji əhəmiyyəti barədə dəyərli biliklər paylaşıldı.
💼 PMO.az olaraq, peşəkar inkişaf üçün praktiki və real dəyərlər yaradan təlimləri təqdim etməkdə davam edirik.
