Project Management Workshopumuz uğurla baş tutdu!
21 dekabr tarixində keçirilən Project Management Workshopumuz uğurla baş tutdu!
Maraqlı və düşündürücü oyunlar, real situasiyalar üzərindən aparılan müzakirələr, peşəkar əlaqələr və fərqli baxış bucaqları bu günü xüsusi etdi. İştirakçılar həm öyrəndi, həm paylaşdı, həm də bir-birindən ilham aldı.
Workshop zamanı oyun qalibləri üçün xüsusi hədiyyələr təqdim olundu və bu da tədbirə ayrı bir motivasiya qatdı.🏆
Bu workshop bir daha göstərdi ki, layihə idarəçiliyi yalnız nəzəriyyə deyil, canlı təcrübə və düzgün əməkdaşlıqdır.
Səmimi mühitin formalaşmasına verdiyi dəstəyə görə caffecino komandasına təşəkkür edirik.🤝
