CYBERSECURITY PM
Hazırlıq Proqramı

Kibertəhlükəsizlik sahəsində layihə yanaşmasını öyrənməyə hazırsınız? Cybersecurity PM proqramı sizə kiberrisklərin analizi, təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi və onların layihə mühitində effektiv idarə olunması üzrə praktiki bacarıqlar qazandırır

Azərbaycan dilində praktiki təlim
Proqram tamamilə Azərbaycan dilində keçirilir və iştirakçılara real layihələr üzərində kibertəhlükəsizlik bacarıqlarını praktiki şəkildə tətbiq etmə imkanı verir.
Qısa müddətdə intensiv öyrənmə
Cəmi 4 gün (16 akademik saat) davam edən intensiv proqram kiberrisklərin idarə olunması, təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi və monitorinq bacarıqlarını qısa zamanda mənimsətməyə yönəlib.
Beynəlxalq sertifikasiya imkanı
İştirakçılar ISO 27001, NIST və digər beynəlxalq standartlara uyğun biliklər qazanaraq beynəlxalq sertifikasiya imkanı əldə edirlər.

Proqram haqqında

Cybersecurity PM, kibertəhlükəsizlik sahəsində layihə yanaşmasını öyrədən intensiv 4 günlük proqramdır. Təlim çərçivəsində iştirakçılar kiberrisklərin analizi, təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi, layihə mühitində idarə olunması və beynəlxalq standartların tətbiqi üzrə praktiki bacarıqlar qazanacaqlar.

Proqram iştirakçılara kibertəhlükəsizlikdə strateji düşüncə formalaşdırmaq, insan və proses mərkəzli qərarları balanslaşdırmaq, eləcə də təşkilatın risklərə qarşı dayanıqlılığını gücləndirmək imkanı təqdim edir. Bununla yanaşı, ISO 27001, NIST və GDPR kimi beynəlxalq standartların layihələrə inteqrasiyası öyrədilir.

Təlimin sonunda iştirakçılar həm nəzəri biliklər, həm də real layihələr üzərində işləmə təcrübəsi əldə edərək beynəlxalq sertifikasiya imkanı qazanırlar.

 

Naila Məmmədli

kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə 15 ildən artıq təcrübəyə malik ekspertdir. O, informasiya təhlükəsizliyi hadisələrinin təhlili, kiberhücumların qarşısının alınması, risklərin qiymətləndirilməsi və kibergigiyena layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşıb. Naila həmçinin SIEM sistemlərinin tətbiqi, ISO/IEC 27001 standartlarının reallaşdırılması və kibertəhlükəsizlik üzrə maarifləndirmə proqramlarının hazırlanması sahəsində geniş təcrübəyə sahibdir.

Təlimin Üstünlükləri

  • Beynəlxalq standartlara uyğun biliklər – Təlim IPMA ICB 4.0, ISO 27001 və NIST Framework kimi beynəlxalq çərçivələrlə uzlaşdırılmış şəkildə hazırlanıb. 

  • Layihə yanaşması ilə kibertəhlükəsizlik – Təlim yalnız texniki bacarıqlarla kifayətlənmir, kibertəhlükəsizliyin layihə idarəçiliyi çərçivəsinə necə inteqrasiya olunacağını öyrədir.

  • Biznes yönümlü təhlil bacarıqları – İştirakçılar qəbul edilən kibertəhlükəsizlik qərarlarının biznes məqsədləri ilə necə uyğunlaşdığını təhlil etməyi, maraqlı tərəflərin gözləntilərini idarə etməyi və strateji baxış formalaşdırmağı öyrənirlər.

  • Praktik təcrübələr və real case study – Təlimdə real layihələr üzərində risklərin təhlili, zəifliklərin müəyyənləşdirilməsi və nəticələrin təqdimatı həyata keçirilir. 

  • Komanda işi və kommunikasiya bacarıqları – Təlim yalnız texniki biliklərlə məhdudlaşmır, həm də komanda daxilində kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını, effektiv ünsiyyət və etimadın qurulmasını öyrədir.

  • Alətlər və texnologiyalarla tanışlıq – GRC platformaları, zəiflik təhlil vasitələri, təhlükəsizlik monitorinq sistemləri və COBIT, ISO 27001 kimi metodologiyaların layihə kontekstində tətbiqi praktiki olaraq öyrədilir.

  • İnteraktiv öyrənmə mühiti – LMS sistemi üzərindən testlər, simulyasiyalar, Q&A sessiyaları və təlimçi dəstəyi ilə iştirakçılar biliklərini möhkəmləndirir və davamlı rəy alırlar.

Özünə uyğun proqramı seç

Cybersecurity PM

(Təlim)

  • Ənənəvi dərslər
  • 4 Gün (16 ak. saat) 
  • Təlimçi ilə interaktiv sessiyalar

  • Beynalxalq sertifikasiya IPMA Level D sertifikat imtahanına daxil olmaq imkanı
 

850

Beynəlxalq sertifikasiya imtahana tam hazırlıq

IPMA D – layihə idarəetməsi sahəsində beynəlxalq səviyyədə tanınan ilkin sertifikasiya səviyyəsidir. Bu sertifikat layihə menecmenti üzrə əsas biliklərə malik olduğunuzu sübut edir və peşəkar layihə rəhbəri olma yolunda ilk addım sayılır. IPMA D, strukturlaşdırılmış metodologiyaya əsaslanır və sizi gələcəkdə IPMA C, B, hətta A səviyyəli sertifikasiyalara hazırlaşdırır.

Hazırlıq və dəstək
Təlim Azərbaycan və rus dillərində təqdim olunur. Materiallara LMS platforması üzərindən çıxış edilir. LMS vasitəsilə dərslər, testlər, tapşırıqlar və təlimçi dəstəyi bir platformada toplanır. Bu sistem istənilən vaxt və məkanda rahat şəkildə hazırlıq imkanı yaradır.

Qeydiyyat

Qeydiyyatdan keçin

Cybersecurity PM Təlimi

 

Bu təlim iştirakçılara layihələrdə kibertəhlükəsizlik risklərini effektiv idarə etməyi və təhlükəsizlik tələblərini layihə proseslərinə inteqrasiya etməyi öyrədir. 

Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik: