Dövlət Gömrük Komitəsinin Akademiyası tələbələrinin hazırladığı üçüncü layihə “Parkpoint Customs” Layihəsi

Dövlət Gömrük Komitəsinin Akademiyası tələbələrinin hazırladığı üçüncü layihə “Parkpoint Customs” Layihəsidir. 
Komanda üzvləri Aysu Şamilova, Aysel Əliyeva, Nihat Hüseynli, Sənan Məmmədov idi.

Layihə rəqəmsal parking sistemi vasitəsilə gömrük terminalında nəqliyyat vasitələrinin qeydiyyatı, park yeri təyinatı və idarə edilməsini avtomatlaşdırmağı hədəfləyir. Bu sistem, növbələrin azaldılması və vaxtın səmərəli idarə edilməsinə töhfə verir. “ParkPoint” avtomobil dayanacağı və mərkəzini təmsil edir, “Customs” isə gömrük xidmətlərini vurğulayır. Layihə adının seçimi onun funksionallığını və məqsədini birbaşa ifadə edir.

Sistem parking ödənişlərinin avtomatlaşdırılması, təhlükəsizliyin təmin olunması, tutum və boş yerlərin izlənməsi, eləcə də istifadəçi təlimatlarını özündə birləşdirir. Bu həll gömrük terminalının səmərəliliyini artıraraq müasir dövrün tələblərinə cavab verir.

Təlimin rəhbəri, ekspertimiz Natiq Mədətova dərin təşəkkürümüzü bildiririk.
Tələbələr müdafiələrini müsüflər heyətinin qabağında təqdim etdilər. Müsüflər heyətin də Rəşad İbrahimov, Sadiq İsmayılov və Elvin Süleymanov iştirak etmişdir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin