Business English for
Project Managers

Layihə meneceri kimi beynəlxalq mühitdə inamla ünsiyyət qurmaq istəyirsən? 
Bu proqram sənə layihə kontekstində effektiv danışıq, yazma və təqdimat bacarıqları qazandıracaq.

Layihə menecmentinə uyğunlaşdırılmış dil proqramı
Layihə rəhbərlərinin gündəlik istifadə etdiyi terminlər, təqdimatlar və yazışma nümunələri əsasında hazırlanmış tədris strukturu.
Real iş mühitinə əsaslanan praktiki məşğələlər
Layihə iclasları, müzakirələr və hesabat təqdimatlarını simulyasiya edən interaktiv dərs formatı.
Beynəlxalq kommunikasiya bacarıqlarının inkişafı
İştirakçılara qlobal layihələrdə effektiv yazılı və şifahi ünsiyyət üçün peşəkar dil alətləri təqdim olunur.

Proqram haqqında

Business English for Project Managers Project Management sahəsində çalışan və Beynəlxalq sertifikasiya imtahanına hazırlaşan üzvləri üçün nəzərdə tutulmuş ixtisaslaşmış dil proqramıdır. Məqsəd iştirakçıların beynəlxalq layihələrdə ünsiyyət, yazışma və təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Proqram layihə menecmenti mühitinə uyğunlaşdırılmış real iş situasiyaları, praktiki tapşırıqlar və biznes terminologiyası üzərində qurulub.

İştirakçılar layihə müzakirələri, status hesabatları, e-poçt yazışmaları və təqdimatlar zamanı istifadə olunan ifadələri və peşəkar üslubu mənimsəyir. Dərslər vasitəsilə həm ingiliscə danışıqda inam, həm də layihə sənədlərinin hazırlanmasında dəqiqlik qazanmaq mümkündür.

PMO.az tərəfindən tədris olunan bu proqram beynəlxalq layihə menecmenti təcrübəsinə əsaslanır və müasir tədris metodologiyası ilə təqdim olunur. Nəticədə iştirakçılar qlobal mühitdə daha effektiv kommunikasiya qurmaq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda dil baryerini aradan qaldırmaq və peşəkar imiclərini gücləndirmək imkanı əldə edir

Dr Anna Iegorova


Tətbiqi Dilçilik üzrə fəlsəfə doktoru dərəcəsini Yunanıstandakı Saloniki Aristotel Universitetində alıb. Bundan əvvəl Ukraynada Kiyev Milli Dilçilik Universitetində Filologiya üzrə bakalavr və magistr təhsili tamamlayıb.
20 illik tədris təcrübəsinə malik olan Dr. Anna, General English, Business English və English for Specific Purposes fənlərini müxtəlif nüfuzlu şirkətlərdə tədris edib. Bundan əlavə, Ukraynanın Milli Nəqliyyat Universitetində İngilis Filologiyası üzrə ixtisaslaşmış kursların dosenti kimi fəaliyyət göstərib.
Hal-hazırda International Journal of Applied Linguistics and Translation jurnalının ekspert-rəyçilərindən biridir.

Kimlər üçün nəzərdə tutulub

– Layihə menecmenti sahəsində çalışan mütəxəssislər və komanda rəhbərləri

– Beynəlxalq sertifikasiyaya (PMP, PRINCE2, ITIL və s.) hazırlaşan iştirakçılar;

– Layihə ofislərində və korporativ mühitdə fəaliyyət göstərən əməkdaşlar;

– Xarici tərəfdaşlarla ünsiyyət və hesabatlıq proseslərində iştirak edən peşəkarlar;

– Layihə iclaslarında və təqdimatlarda ingiliscə daha inamlı çıxış etmək istəyənlər;

– Öz peşəkar ünsiyyət və biznes yazışma bacarıqlarını beynəlxalq səviyyəyə qaldırmaq istəyənlər;

5 addımda proqram

1. Səviyyənin müəyyənləşdirilməsi
İştirakçılar proqramdan əvvəl dil biliklərinin dəqiq müəyyən olunması üçün onlayn test və qısa müsahibə

2. Nəticələrin emalı
Test nəticələri təhlil olunur və iştirakçılar bilik səviyyəsinə uyğun qruplara bölünür, proqram bu nəticələrə əsasən fərdiləşdirilir.

3. Müqavilənin imzalanması
Təlim sessiyalarının sayı, cədvəli, qiymət və digər şərtləri əhatə edən rəsmi razılaşma imzalanır.

4. Təlim prosesi
İştirakçılar interaktiv məşğələlər vasitəsilə danışıq, yazı və layihə yönümlü ünsiyyət bacarıqlarını inkişaf etdirirlər.

5. Yekun test və nəticələrin qiymətləndirilməsi

Proqram sonunda yekun sınaq keçirilir və iştirakçıların inkişaf səviyyəsi qiymətləndirilir.

Özünə uyğun proqramı seç

Pre-intermediate

  • Layihə menecmentində ingilis dilində ünsiyyətin əsaslarını öyrənmək istəyənlər üçün
  • 24 oflayn görüş – 3 ay
  • Təlimçi ilə interaktiv sessiyalar
  • Layihə menecmenti terminologiyası və real iş situasiyaları üzərində praktika
 
 

 

1440

Intermediate

  • Peşəkar səviyyədə beynəlxalq kommunikasiya bacarığı qazanmaq istəyənlər üçün
  • 16 oflayn görüş – həftədə 2 dəfə, 2 ay
  • Təlimçi ilə interaktiv sessiyalar
  • Yazışma, təqdimat və görüşlərdə istifadə olunan peşəkar ifadələrin mənimsənilməsi
  • Komanda rəhbərləri üçün beynəlxalq kommunikasiya bacarıqlarının təkmilləşdirilməs
 
 

960

Qeydiyyat

Qeydiyyatdan keçin

Business English for Project Managers Təlimi

Bu təlim iştirakçılara beynəlxalq layihələrdə ingiliscə ünsiyyət, yazışma və təqdimat bacarıqlarını inkişaf etdirməyə, eləcə də peşəkar kommunikasiya mühitində daha inamlı çıxış etməyə imkan verir. 

Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik: