Biz nə öyrədirik
Məqsədimiz
Project Management Office (PMO) ayrıca bir idarəetmə sahəsi olaraq, populyarlıq qazanmağa davam edir. Layihə ofisinin yaradılmasının əsas məqsədi – layihə idarəetmə metodları, prosesləri və qaydalarının standartlaşdırılmasından faydalanmaqdır. Bu sadə formulasiyanın arxasında potensial olaraq əldə edilə bilən kifayət qədər böyük iş həcmi var. PMO olaraq əsas məqsədimiz Azərbaycanda Beynəlxalq təcrübəni geniş yayılmasına töhvə vermək və bu idarəetmə yanaşmasından faydalanmaq istəyənlərə dəstək olmaqdır.
Rəşad İbrahimov
Direktor
Bizim vizyonumuz
Missiyamız, müasir biznes mühitinin tələblərinə uyğun, effektiv və innovativ təlim təklifləri təqdim edərək, müştərilərimizin rəqabət qabiliyyətini artırmaqdır. Biz, fərdi və korporativ müştərilərimizə xüsusi olaraq hazırlanmış proqramlarla, onların peşəkar və şəxsi inkişafına töhfə verməyi hədəfləyirik. Vizyonumuz, layihə idarəetməsi və peşəkar təlim sahəsində lider şirkət olmaqdır. Biz, yüksək keyfiyyətli xidmətlərimiz və müştəri məmnuniyyətinə xas olan sadiqliyimizlə, bu sahədə etibarlı bir tərəfdaş olaraq tanınmağı arzulayırıq.
Peşəkarlıq
Biz müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərmək üçün daim öz üzərimizdə çalışırıq.
İnnovasiya
Təlim və konsaltinq sahəsində ən son yenilikləri izləyir və tətbiq edirik.
Müştəri Məmnuniyyəti
Müştərilərimizin ehtiyac və gözləntilərini qarşılamaq bizim üçün prioritetdir.