HR Project Management by PMO.az

Layihə idarəçiliyini real mühitdə təcrübədən keçirməyə hazırsınız? HR və idarəetmə sahəsində bacarıqlarınızı praktik şəkildə inkişaf etdirin.

HR funksiyalarının layihə yanaşması ilə idarə olunması
İştirakçılar insan resursları üzrə gündəlik prosesləri və təşəbbüsləri layihə strukturu ilə planlamağı və izləməyi öyrənirlər
Çevik komanda idarəçiliyi bacarıqları
HR və PM bacarıqlarını birləşdirərək, iştirakçılar dinamik iş mühitində komandaları daha effektiv formada yönləndirməyi təcrübədən keçirirlər.
Strateji düşüncə və nəticəyönümlü yanaşma
Proqram iştirakçılara həm insan, həm də proses mərkəzli qərarları balanslaşdırmaq üçün layihə idarəçiliyinə əsaslanan struktur verir..

LAYİHƏNİN RƏHBƏRİ


Vüqar Bayramov 
MBA, IPMA-B, GPM-b, Partnyor

İnsan resurslarının idarə olunması sahəsində 15 ilə yaxın peşəkar təcrübəyə malik layihə rəhbəri və HR meneceri. O, həm dövlət, həm də özəl bank sektorunda təlim və inkişaf, işə qəbul və HR strategiyalarının formalaşdırılması sahələrində rəhbər vəzifələrdə çalışmışdır. IPMA ICB4 və GPM dayanıqlı layihə idarəçiliyi standartları üzrə beynəlxalq sertifikatlara sahib olan Vüqar Bayramov, HR sahəsində layihələrin planlaşdırılması və icrasında yüksək bacarıqlara malikdir. MBA dərəcəsi və liderlik təcrübəsi ilə bir çox təşkilat üçün strateji insan kapitalı inkişafına töhfə vermişdir.

Proqramı Haqqında

Bu proqram layihə idarəçiliyi sahəsində nəzəri və praktiki bilikləri bir araya gətirir. Təlim modulları beynəlxalq standartlara əsaslanaraq hazırlanmışdır və iştirakçılara real layihələr üzərində işləmək imkanı təqdim olunur. Proqramın sonunda iştirakçılar həm sertifikat əldə edir, həm də öz sahələrində tətbiq edə biləcəkləri faydalı bacarıqlara yiyələnirlər. Təqdimat zamanı qısa slayd və ya broşura vasitəsilə proqramın əsas məqamları əyani şəkildə izah edilir.

Tədbirin keçiriləcəyi məkan

Qeydiyyat

Qeydiyyatdan keçin

Korporativ tədbir formatında layihənin idarə edilməsi və komanda işi bacarıqlarının inkişafı

Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın və biz sizə düzgün kursu seçməyə və bütün suallarınıza cavab verməyə kömək edəcəyik: