IPMA ICB4 Beynəlxalq Standart

Sertifikasiya imtahanına hazırlıq proqramını bizimlə seçin!

Cəmi 1 ay müddətində
Beynəlxalq dərəcəli təlimçilər tərəfindən praktiki məşğələlər və mühazirələr
Beynəlxalq sertifikat
Dünyanın 80-dən çox ölkəsində tanınan IPMA beynəlxalq sertifikatı
Dil seçimi imkanları
Təlimlər, material (200+ səh), imtahan – Azərbaycan, Rus və İngilis dilində!

Bu kurs kimlər üçündür?

Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:

  • Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər. (İş təcrübəsi olmayanlar)
  • Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər
  • Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər
  • İmtahanı Azərbaycan dilində verərək Beynəlxalq dərəcəli sertifikasiya əldə etmək istəyənlər

LAYİHƏNİN RƏHBƏRİ


Sübhan Qaragözov 
IPMA-B, PMP, MBA, SAP SP, Partnyor

peşəkər layihə rəhbəri, layihələrin idarə olunması üzrə konsultant, bu sahədə olan beynəlxalq sertifikatlar sahibi. IPMA ICB4 standartları üzrə geniş təcrübəsi və mentorluğu ilə tanınan layihələrin idarə edilməsi üzrə bacarıqlı ekspertdir. Onun karyerası SAP konsaltinqində güclü təcrübəyə malik müəllim, təlimçi və mentor kimi mühüm rolları əhatə edir. Qaragözovun layihələrin idarə edilməsində mükəmməlliyə sadiqliyi onun mentor-mentee proqramları təqdim etməsində, 100-dən çox mütəxəssisə IPMA sertifikatlaşdırma təlimində və müəllim kimi PMO.az-a verdiyi töhfədə aydın görünür

Bizim üstünlüklərimiz

PMO.az platformasında IPMA ICB4 sertifikatlaşdırma imtahanına hazırlıq üçün seçdiyiniz təlimin növündən asılı olmayaraq üstünlüklərindən faydalana bilərsiniz:

  • Təlimlər, təqdim olunan material, imtahan – Azərbaycan, Rus, İngilis dilində! 
  • Tez bir müddətdə imtahana hazır olmaq fürsəti.
  • İmtahana sənədlərin toplanılması və hesabatların hazırlanmasında dəstək.
  • Bizim təlimi bitirənlərə imtahan imtiyazlarından yararlanma imkanları.

 

 

Özünə uyğun proqramı seç

Əyani təlim

  • Ənənəvi dərslər
  • 8 oflayn görüş
    – 28 ak. saat
  • İmtahana hazırlığa tam dəstək

850₼

Hibrid təlim

  • Onlayn/oflayn dərslər
  • 4 onlayn və 4 oflayn görüş – 28 ak. saat
  • İmtahana hazırlığa tam dəstək

650₼

Video təlim

  • 32+ video-təlim
  • Sərbəst qrafik
  • Platformadan istifadə
  • Təlimçi ilə konsultasiya imkanı 

350₼

IPMA ICB4 sertifikatı nədir?


IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.

IPMA A dərəcəsi 
Sertifikatlaşdırılmış Layihələr Direktoru

Tələblər: Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 12 il təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 5 il və strateji idarəemədə 3 il iş stajı.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasınıicra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalısan mütəxəssislərin köməyi ilə, digər layihələrin rəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır.

IPMA B dərəcəsi
Sertifikatlaşmış Aparıcı Layihə Meneceri

Tələblər: Layihələrin idarə edilməsi sahəsi üzrə ən azı 8 il iş təcrübəsi, o cümlədən, mürəkkəb layihələrdə məsuliyyətli rəhbər vəzifələrdə 5 il staj.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında APARICI LAYİHƏ MENECERİ funksiyasını icra edir. Aparıcı layihə meneceri layihələrin idarə edilməsi şöbəsinin əməkdaşlarının köməyi ilə, bir neçə təşkilatın mürəkkəb layihələri üzərində işləyən əməkdaşlarına rəhbərlik etməyi bacarmalıdır.

IPMA C dərəcəsi
Sertifikatlaşmış Layihə Meneceri

Tələblər: Məhdud mürəkkəb layihələrin məsuliyyətli rəhbər vəzifələrində layihə idarə edilməsi üzrə ən azı 5 il iştəcrübəsi.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏ MENECERİ funksiyasını icraedir. Layihə meneceri məhdud mürəkkəb layihəni və ya onun bir hissəsini aparmağı, və ya müxtəlif təşkilatların məhdud mürəkkəb layihə və ya onun bir hissəsi üzərində işləyən əməkdaşlarına (müştəri və podratçılar da daxil olmaqla) rəhbərlik etməyi bacarmalıdır.

IPMA D dərəcəsi
Sertifikatlaşmış Layihə Mütəxəssisi

Tələblər: Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədətəcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.

Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssislayihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işəcəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihəidarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.

Siz doldurun, biz yazaq!