ITIL4 Foundation by PMO.az
Layihə və İT sahəsində prosesləri beynəlxalq standartlara əsasən idarə etməyə hazırsan?
Bu proqram sənə xidmət idarəetməsində effektiv yanaşmanı öyrənmək və ITIL prinsiplərini real iş mühitində tətbiq etmək bacarığı qazandıracaq.
Peşəkar inkişaf və sertifikasiyaya hazırlıq
Real iş proseslərinə inteqrasiya olunan tədris modeli
Beynəlxalq standarta əsaslanan biliklər
Proqram haqqında
Bu proqram IT və layihə idarəetməsi sahəsində çalışan, xidmətlərin keyfiyyətini və davamlılığını artırmaq istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məqsəd iştirakçılara xidmət dəyər sistemi (Service Value System), dördölçülü model, xidmət dəyər zənciri (Value Chain) və ITIL rəhbər prinsipləri kimi əsas anlayışları mənimsətməkdir
Proqram iştirakçıları Agile, Lean və DevOps yanaşmalarının ITIL çərçivəsinə necə inteqrasiya olunduğunu öyrənir. Təlim prosesi real iş ssenariləri, nümunələr və interaktiv müzakirələr üzərində qurulub ki, iştirakçılar IT xidmətlərini planlaşdırmaq, təqdim etmək və davamlı şəkildə təkmilləşdirmək üçün zəruri bacarıqlar əldə etsinlər
PMO.az tərəfindən tədris olunan bu proqram beynəlxalq standartlara əsaslanır və iştirakçılara ITIL 4 Foundation sertifikasiyasına hazırlaşmaq imkanı yaradır. Nəticədə mütəxəssislər xidmətlərin idarə olunmasında riskləri minimuma endirmək, prosesləri optimallaşdırmaq və biznes məqsədləri ilə İT strategiyasını uyğunlaşdırmaq bacarığı qazanır.
Xeybər Heydərov
Xidmət keyfiyyətinin təminatı və İT layihələrinin idarə olunması sahəsində peşəkar təcrübəyə malikdir. 5 ildən çoxdur ABB-də fəaliyyət göstərərək bankın İT xidmətlərinin səmərəliliyinin artırılması və biznes proseslərinin davamlı təkmilləşdirilməsinə mühüm töhfə verir.
Onun təcrübə sahəsi İT xidmətlərinin idarə olunması prinsiplərinə (ITIL® 4) əsaslanan proseslərin qurulması və təkmilləşdirilməsi, xidmət səviyyələrinin optimallaşdırılması, eləcə də Agile/Scrum mühitində effektiv komanda əməkdaşlığının təşviqi üzərində formalaşıb.
Xeybər Heydərov texniki və idarəetmə biliklərini ITIL® 4 çərçivəsi ilə birləşdirərək təşkilatda xidmət yönümlü yanaşmanın formalaşması və dayanıqlı xidmət keyfiyyətinin təmin olunmasına dəstək olur.
Xeybər Heydərov ITIL® 4 üzrə ölkəmizdə akkreditasiya olunmuş yeganə təlimçidir.
Kimlər üçün nəzərdə tutulub
– İT və xidmət idarəetməsi sahəsində çalışan mütəxəssislər və komanda rəhbərləri;
– Xidmət keyfiyyətinin yüksəldilməsi və proseslərin optimallaşdırılması ilə məşğul olan menecerlər;
– IT Professionals, Service Managers, ITSM Managers və bu sahədə karyera qurmaq istəyənlər;
– Sistem administratorları, proqram təminatı üzrə mütəxəssislər və xidmət proses sahibləri;
– İT və biznes məqsədlərini uzlaşdırmaq, xidmət dəyər zəncirini idarə etmək istəyən peşəkarlar.
Proqrama qatılın və faydalanın
ITIL4 Foundation
(training only)
- Proqram üzrə təlim/modullar
- 9 oflayn/online görüş – 3 həftə
- Təlimçi ilə interaktiv sessiyalar
- lms.pmo.az platforma istifadə və materiallar
700₼
ITIL4 Foundation
+ voucher
- Proqram üzrə təlim/modullar
- 9 oflayn/online görüş – 3 həftə
- Təlimçi ilə interaktiv sessiyalar
- lms.pmo.az platforma istifadə və materiallar
- ITIL4 Exam Simulator
- ITIL4 Foundation Exam Voucher
1700₼
- PMO.az tərəfindən məzunlara sertifikat təşkil edilir
- 3 və daha çox əməkdaşını təlimlərə cəlb edən korporativ müştərilərə təlimlərin qiymətinə 10% endirim tətbiq olunacaqdır
Qeydiyyat
Qeydiyyatdan keçin
ITIL Foundation Təlimi
Təlim zamanı iştirakçılar ITIL 4 prinsiplərini öyrənərək xidmət dəyər zəncirinin idarə olunması, proseslərin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində real biliklər qazanacaq.
Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik:
