Liderlik və idarəetmə düşərgəsi

İdarəetmə bacarıqlarınızı, düşüncə tərzinizi və komanda ilə işləmək vərdişlərinizi inkişaf etdirin. Sizi fərqli bir format gözləyir — aktiv istirahət, komanda işi və layihə düşüncəsini dərindən anlama bir arada

 Əsas Bacarıqları İndi Qazanın!
Layihə idarəetməsi sahəsində uğur üçün lazım olan əsas anlayış və bacarıqları öyrənin. Real biznes nümunələri ilə praktiki təlimlər
Unikal format!
 Şəhərdən uzaqda — liderlik və layihə bacarıqlarının real nümunələr, canlı ünsiyyət və praktika ilə inkişafı.
 Karyeranızı Gələcəyə Aparın!
Dövlət və özəl sektor layihələrində, beynəlxalq proqramlarda, təhsil, İT, HR və maliyyə sahələrində çalışan tanınmış mütəxəssislərdən öyrənəcəksiniz.

Sizi düşərgəyə dəvət edirik



Sizi fərqli bir format gözləyir — aktiv istirahət, komanda işi və layihə düşüncəsinə dərindən dalma bir arada:

  • Şamaxının şəhərdən uzaq, rahat tədris kampusunda
  • PMO.az təlimçilərindən intensiv master-klasslar
  • “SeaWolf” adlı biznes simulyasiyasında komanda yarışı
  • Kiçik komandalarla iş, təcrübə mübadiləsi və ekspertlərlə açıq dialoqlar
  • İmza fərdi sertifikat və qaliblərə hədiyyələr

Sizə nə təqdim olunur?

     Bilik və inkişaf
  • Layihələrin və komandaların idarə olunmasına dair praktiki təcrübə
  • Tematik master-klasslar, real nümunələr və biznes oyunu
  • Tanınmış ekspertlərlə şəxsi qarşılıqlı təcrübə
      Aktiv iştirak formatı
  • Kiçik komandalarla iş
  • Teambuilding, ideya sessiyaları və praktiki tapşırıqlar
  • Mövzu və istiqamət seçimi, komanda oyunlarında aktiv iştirak
      Düşərgə atmosferi
  • Şamaxıda rahat kampus
  • Təcrübə və qeyri-rəsmi ünsiyyət üçün açıq məkanlar
  • Səhər yeməkləri, nahar, şam yeməyi, kofe fasilələri və qalma daxil
     Tanınma və bonuslar
  • Hər bir iştirakçıya imzalı fərdi sertifikat
  • Biznes oyunun qaliblərinə hədiyyələr (kitab, jurnal, endirim)
  • PMO.az-dan 200 AZN dəyərində təlim kuponu

Bu proqram kimlər üçündür?



Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:

  • Dövlət sektorunda çalışan mütəxəssislər və menecerlər
  • Gənc mütəxəssislər
  • Startapçılar və sahibkarlar
  • Şöbə və funksional istiqamət rəhbərləri
  • Dayanıqlı təşəbbüslərin iştirakçıları
  • Texnologiya və İT sahəsində çalışan layihə rəhbərləri
  • Layihə idarəetməsi üzrə karyera qurmaq istəyən tələbələr və məzunlar

Spikerlərimiz ilə tanış olun!

Proqramın keçiriləcəyi məkan

Şamaxı şəhəri Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi

Proqramımız Şamaxı şəhərinin Nağaraxana kəndində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçiriləcək. Ümumi sahəsi 2.1 hektar olan bu müasir kompleks iştirakçılar üçün yüksək komfort təmin edir:

  • 48 otaqlı və 111 yerlik yaşayış korpusu

  • Gündə 3 dəfə yemək verən 150 nəfərlik yeməkxana

  • Tibbi xidmət məntəqəsi

  • 1350 kitabdan ibarət kitabxana və oxu zalı

  • Üzgüçülük hovuzu, sauna, duş kabinələri

  • Trenajor zalı ilə təchiz olunmuş tam avadanlıqlı idman mərkəzi

“Sea Wolf” Biznes oyunu

Layihələrin idarə olunması sahəsindəki biliklərinizi oyunlaşdırılmış (gemifikasiya) formatda tətbiq etməyə və inkişaf etdirməyə hazır olun!

Bu biznes oyunu vasitəsilə:

  • Komanda işini təkmilləşdirin

  • Qərarvermə bacarıqlarınızı optimallaşdırın

  • Real layihə ssenarilərində çevik düşünməyi öyrənin

  • Fikir mübadiləsi və təcrübə paylaşımı ilə öyrənməni dərinləşdirin

  • Rəqabət və əməkdaşlıq mühitində liderlik bacarıqlarınızı inkişaf etdirin