Əlçatanlıq
Əməkdaşlıq
Məlumatlandırma

Vüqar Bayramov
HR experti, PMO.az expert, IPMA B, GPM-b
EXPERT TALKS: İnsan Resurslarında Layihə Düşüncəsi
Əmək bazarında dəyişən dinamiklər və sürətlə inkişaf edən texnologiyalar, HR sahəsində də yeni yanaşmalara ehtiyac yaradır. Ənənəvi HR proseslərinin artıq kifayət etmədiyi bu dövrdə layihə yönümlü idarəetmə yanaşması getdikcə daha çox aktuallıq qazanır.
Bu düşüncə tərzi, HR sahəsindəki tapşırıqlara, təşəbbüslərə və strategiyalara layihə menecmenti prinsipləri ilə yanaşmağı əhatə edir. Bu, həm resursların daha səmərəli istifadəsi, həm də ölçülə bilən nəticələr əldə etməyə şərait yaradır.
Əziz dostlar, Layihələrin idarə edilməsi sahəsində olanlar, həmçinin bu sahəyə maraqlı hər kəs üçün həm faydalı həm də lazımlı xəbərimiz var!
Bizimlə birlikdə mürəkkəb layihələrdə resurslarının, maliyyənin, risklərin, zamanın, keyfiyyətin idarə edilməsi, strateji planlaşdırma və müxtəlif sahələr üzrə biznes proseslərinin optimallaşdırılmasında geniş təcrübəyə malik olan ekspertlərimiz ilə görüşlərə dəvət edirik.
Bu vebinarlarda siz ekspertlərimizin peşəkar sahələrində olan fərqli mövzularında mühüm addımlar, əsas strategiyalar və zəruri keyfiyyətlər haqqında dəyərli biliklər əldə edəcəksiniz. Layihə idarəetməsi sahəsində karyerasını irəli aparmaq istəyən hər kəs üçün bu tədbirdə mütləq iştirak edilməlidir.
Elə indi qeydiyyatdan keçərək, bizə qoşulun!
Tədbirdə iştirak edərək, sahənin peşəkarlarından birbaşa məsləhətlər alacaqsınız və gələcəkdə uğurlu layihə meneceri olmaq üçün lazımlı bilik və bacarıqları öyrənəcəksiniz.
HR Layihələrinin İdarə Edilməsi təlimi, HR mütəxəssislərinin dəyişiklik, inkişaf və transformasiya təşəbbüslərini layihə kimi düşünmələrini və idarə etmələrini öyrədir. Rəqəmsallaşma, işə qəbul sistemlərinin yenilənməsi, daxili təlim proqramları və işçi mədəniyyəti kimi HR təşəbbüsləri, əslində layihədir və strukturlaşdırılmış yanaşma tələb edir. Bu təlim sizə layihələrin planlaşdırılması, maraqlı tərəflərlə işləmə, risklərin idarə olunması və nəticələrin ölçülməsi kimi bacarıqları qazandıracaq. Proqram beynəlxalq standartlara – IPMA, PMI, SHRM və HRCI – əsaslanır və real HR ssenariləri üzərində qurulub. Praktiki tapşırıqlar və istifadə olunan alətlər sayəsində iştirakçılar öyrəndiklərini dərhal tətbiq edə biləcək. Eyni zamanda, bu təlim HR mütəxəssislərinə daha strateji mövqe tutmaq və rəhbərliklə eyni dildə danışmaq imkanı verir. Təlimin sonunda iştirakçılar istəsələr, imtahan verərək beynəlxalq səviyyəli sertifikat da əldə edə bilərlər. Bu, karyera inkişafı və təşkilati təsir üçün mühüm addımdır.
Siz doldurun, biz yazaq!
BiTMİŞ AÇIQ QAPI GÜNLƏRİ
19 Sentyabr, 19:00
Sübhan Qaragözov – IPMA B, PMO.az partner
İnteraktiv sessiyaya qatılaraq, layihə idarəetməsi üzrə əsas bacarıqlar haqqında dəyərli məlumatlar əldə etdiniz. Tədbir ərzində müxtəlif sahələrdən olan ilhamverici layihə menecerləri ilə tanış olub, onların təcrübələrindən faydalandınız.
BiTMİŞ AÇIQ QAPI GÜNLƏRİ
12 Sentyabr, 19:00
Natiq Mədətov – GPM-b
İnteraktiv sessiyaya qatılaraq, layihə idarəetməsi üzrə əsas bacarıqlar haqqında dəyərli məlumatlar əldə etdiniz. Tədbir ərzində müxtəlif sahələrdən olan ilhamverici layihə menecerləri ilə tanış olub, onların təcrübələrindən faydalandınız.
BiTMİŞ AÇIQ QAPI GÜNLƏRİ
15 Avqust, 19:00
Bəxtiyar İbrahimov – IPMA Level B
Interaktiv sessiyaya hazırlaşıb, burada: IPMA ICB4 kompetensiyaları haqqında məlumat aldınız. – Maraqlı sahələrdən olan layihə menecerləri ilə tanış olduq. Bu tədbirdə siz bir çox əyləncəli, maraqlı hadisələr və layihə menecerləri ilə qarşılaşdınız! Tədbirin aparıcıları PMO.az Layihə Düşüncə Məktəbinin ekspertləri və təlimçiləridir: Rəşad İbrahimov, Bəxtiyar İbrahimov