PRINCE2 Foundation
& Practitioner by PMO.az
Layihələri beynəlxalq standartlara uyğun şəkildə planlaşdırmaq və idarə etməyə hazırsan?
Bu proqram sənə PRINCE2 metodologiyası əsasında layihə mərhələlərini effektiv qurmaq, riskləri idarə etmək və uğurlu nəticə əldə etmək bacarığı qazandıracaq.
Sertifikasiyaya və peşəkar inkişafına hazırlıq
Praktiki tətbiq
yönümlü tədris
Beynəlxalq standartlara əsaslanan metodologiya
Proqram haqqında
Bu proqram beynəlxalq səviyyədə tanınan PRINCE2 metodologiyası əsasında layihə idarəetməsini sistemli şəkildə öyrənmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məqsəd iştirakçılara layihələri planlaşdırmaq, mərhələlərlə idarə etmək, riskləri minimuma endirmək və nəticələri vaxt, büdcə və keyfiyyət çərçivəsində təmin etmək bacarığını qazandırmaqdır.
Proqram müddətində iştirakçılar PRINCE2-nun 7 prinsip, 7 proses və 7 mövzusunu mənimsəyərək, layihə mühitində davamlı biznes əsaslandırması, məsuliyyət bölgüsü, təcrübədən öyrənmə və məhsullara fokuslanma kimi əsas anlayışları praktiki şəkildə tətbiq etməyi öyrənəcəklər.
PMO.az tərəfindən tədris olunan bu proqram beynəlxalq akkreditasiya tələblərinə uyğun hazırlanıb və iştirakçılara PRINCE2 Foundation və Practitioner sertifikasiyasına hazırlaşmaq imkanı yaradır. Nəticədə mütəxəssislər layihə idarəetmə sahəsində qlobal tanınan bilik və alətlərə sahib olur, gələcəkdə isə Practitioner və PMP kimi daha yüksək səviyyəli sertifikasiyalara doğru inkişaf edə bilirlər.
Firuzə Nəzibzadə
Firuza xanım layihə idarəetməsi, İT layihələri və beynəlxalq sertifikasiya proqramlarının inkişafı sahəsində geniş təcrübəyə malik mütəxəssisdir. Hazırda PMO.az şirkətində Deputy CEO və Product Owner kimi fəaliyyət göstərərək PRINCE2, ITIL, Change Management və digər beynəlxalq proqramların yerli və regional bazara uyğunlaşdırılması və inkişafına rəhbərlik edir
O, daha əvvəl Institute of Project Management (İrlandiya) və Kronos Enterprise kimi təşkilatlarda layihə meneceri və layihə dəstək meneceri vəzifələrində çalışıb
Firuza Nəsibzadə həmçinin UCL (London) məzunudur və PRINCE2 Practitioner, PMP, və IT Project Management sertifikatlarına malikdir.
Kimlər üçün nəzərdə tutulub
– Layihə idarəetməsi sahəsində çalışan və sistemli yanaşmanı mənimsəmək istəyən mütəxəssislər;
– Komanda rəhbərləri və layihə menecerləri;
– Beynəlxalq sertifikasiyaya (PRINCE2, PMP və s.) hazırlaşan iştirakçılar;
– Layihə ofislərində, konsaltinq və korporativ idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşlar;
– Layihə proseslərinin planlaşdırılması, risklərin idarə edilməsi və nəticələrin qiymətləndirilməsində biliklərini təkmilləşdirmək istəyənlər;
– Layihə idarəetməsinə yeni başlayan, lakin beynəlxalq metodologiyalar üzrə təməl biliklər əldə etmək istəyən şəxslər.
Özünə uyğun proqramı seç
PRINCE2 Foundation & Practitioner
(training only)
- Proqram üzrə təlim/modullar
- 9 oflayn/online görüş – 3 həftə
- Təlimçi ilə interaktiv sessiyalar
- lms.pmo.az platforma istifadə və materiallar
700₼
PRINCE2 Foundation
& Practitioner
+ Exam
- Proqram üzrə təlim/modullar
- 9 oflayn/online görüş – 3 həftə
- Təlimçi ilə interaktiv sessiyalar
- lms.pmo.az platforma istifadə və materiallar
- PRINCE2 Foundation & Practitioner Exam Voucher
- PRINCE2 Foundation & Practitioner Exam Simulator
1700₼
- PMO.az tərəfindən məzunlara sertifikat təşkil edilir
- 3 və daha çox əməkdaşını təlimlərə cəlb edən korporativ müştərilərə təlimlərin qiymətinə 10% endirim tətbiq olunacaqdır
Proqramın üstünlükləri
- PeopleCert tərəfindən regionda yeganə akkreditasiyalı təşkilat
- Foundation və Practitioner səviyyələrinin birləşdirilmiş proqramı
- Təcrübəli və beynəlxalq sertifikatlı təlimçilər
- Beynəlxalq səviyyədə tanınan sertifikat
- Foundation və Practitioner səviyyələrinin inteqrə olunmuş təqdimatı
Qeydiyyat
Qeydiyyatdan keçin
PRINCE2 Foundation & Practitioner Təlimi
Bu təlim iştirakçılara beynəlxalq səviyyədə tanınan PRINCE2 metodologiyasını öyrənərək layihələri planlı, mərhələli və idarəolunan şəkildə həyata keçirmək bacarığı qazandırır.
Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik:
