Master-class və Webinar
Ekspertlərimiz və dəvət olunan peşəkarlarla fikir mübadiləsində iştrak edin.
Peşəkarlıq və öyrənmə
İmkanlar və inkişaf
Ekspertiza və innovasiya
Firuzə Nəsibzadə,
PMI-Authorized PMP® Trainer,
PeopleCert Approved PRINCE2® Trainer
PRINCE2® Beynəlxalq Sertifikatı: Kimlər üçün və nə üçün?
Əziz dostlar, Layihələrin idarə edilməsi sahəsində olanlar, həmçinin bu sahəyə maraqlı hər kəs üçün həm faydalı həm də lazımlı xəbərimiz var!
Bizimlə birlikdə mürəkkəb layihələrdə resurslarının, maliyyənin, risklərin, zamanın, keyfiyyətin idarə edilməsi, strateji planlaşdırma və müxtəlif sahələr üzrə biznes proseslərinin optimallaşdırılmasında geniş təcrübəyə malik olan ekspertlərimiz ilə görüşlərə dəvət edirik.
Bu vebinarlarda siz ekspertlərimizin peşəkar sahələrində olan fərqli mövzularında mühüm addımlar, əsas strategiyalar və zəruri keyfiyyətlər haqqında dəyərli biliklər əldə edəcəksiniz. Layihə idarəetməsi sahəsində karyerasını irəli aparmaq istəyən hər kəs üçün bu tədbirdə mütləq iştirak edilməlidir.
Elə indi qeydiyyatdan keçərək, bizə qoşulun!
Tədbirdə iştirak edərək, sahənin peşəkarlarından birbaşa məsləhətlər alacaqsınız və gələcəkdə uğurlu layihə meneceri olmaq üçün lazımlı bilik və bacarıqları öyrənəcəksiniz.
BiTMİŞ VEBİNAR
23 Yanvar, 20:00
Firuzə Nəsibzadə
✅PRINCE2® Beynəlxalq Sertifikatı: Kimlər üçün və nə üçün?
Vebinar zamanı siz PRINCE2 metodologiyasının nə olduğu və hansı məqsədlərlə istifadə edildiyi barədə ətraflı məlumat əldə edəcəksiniz. Layihələrin niyə gecikdiyi, bu gecikmələrin əsas səbəbləri və PRINCE2 yanaşmasının bu problemləri necə aradan qaldırdığı izah olunacaq.
Bundan əlavə, PRINCE2-in Azərbaycanda hansı sahələrdə daha effektiv tətbiq olunduğu, layihə menecerləri, İT mütəxəssisləri, mühəndislər, team lead-lər və digər peşə sahibləri üçün hansı üstünlüklər yaratdığı müzakirə ediləcək.
BiTMİŞ VEBİNAR
08 Yanvar, 20:00
Firuzə Nəsibzadə
✅Layihə menecerləri üçün beynəlxalq sertifikatlar və onların fərqləri
Bu vebinar zamanı layihə menecerləri üçün dünyada ən çox tanınan beynəlxalq sertifikatların (PMP®, PRINCE2®, IPMA ICB4) əsas xüsusiyyətləri, məqsədləri və tətbiq sahələri haqqında sistemli məlumat əldə edəcəksiniz. Sertifikatların hansı peşə səviyyələrinə uyğun olduğu, karyera inkişafına təsiri və real layihələrdə verdiyi üstünlüklər praktiki nümunələr əsasında izah olunacaq.
Vebinarda, həmçinin layihə menecerlərinin öz təcrübə və hədəflərinə uyğun sertifikatı necə seçməli olduqları aydın şəkildə təqdim ediləcək.
BiTMİŞ VEBİNAR
31 İyul, 20:00
Nərgiz Qurbanlı
✅Layihələrin idarə edilməsində ISO 9001 in rolu
Bu vebinar zamanı siz ISO 9001 standartının layihə və təşkilat səviyyəsində necə tətbiq olunduğunu, keyfiyyət idarəetmə sisteminin effektiv qurulmasının hansı mərhələləri əhatə etdiyini və bu prosesin təşkilat üçün hansı faydalar yaratdığını öyrənəcəksiniz.
İştirakçılar həmçinin risk əsaslı düşüncə, sənədləşdirmə tələbləri və daxili auditin düzgün təşkili kimi əsas mövzularla tanış olacaq. Real nümunələr və beynəlxalq təcrübəyə əsaslanan yanaşmalar təqdim ediləcək.
Qeydiyyat
Real təcrübəyə əsaslanan online sessiyalarda iştirak etməyə hazırsınız?
Master-class və webinarlarımız sizə idarəetmə, liderlik və digər sahələrdə praktiki biliklər qazandıracaq.
Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik:
