Master-class və Webinar
Ekspertlərimiz və dəvət olunan peşəkarlarla fikir mübadiləsində iştrak edin.
Peşəkarlıq və öyrənmə
İmkanlar və inkişaf
Ekspertiza və innovasiya

İbrahim Məmmədov,
İPMA Level B, Smeta mütəxəssisi
Əziz dostlar, Layihələrin idarə edilməsi sahəsində olanlar, həmçinin bu sahəyə maraqlı hər kəs üçün həm faydalı həm də lazımlı xəbərimiz var!
Bizimlə birlikdə mürəkkəb layihələrdə resurslarının, maliyyənin, risklərin, zamanın, keyfiyyətin idarə edilməsi, strateji planlaşdırma və müxtəlif sahələr üzrə biznes proseslərinin optimallaşdırılmasında geniş təcrübəyə malik olan ekspertlərimiz ilə görüşlərə dəvət edirik.
Bu vebinarlarda siz ekspertlərimizin peşəkar sahələrində olan fərqli mövzularında mühüm addımlar, əsas strategiyalar və zəruri keyfiyyətlər haqqında dəyərli biliklər əldə edəcəksiniz. Layihə idarəetməsi sahəsində karyerasını irəli aparmaq istəyən hər kəs üçün bu tədbirdə mütləq iştirak edilməlidir.
Elə indi qeydiyyatdan keçərək, bizə qoşulun!
Tədbirdə iştirak edərək, sahənin peşəkarlarından birbaşa məsləhətlər alacaqsınız və gələcəkdə uğurlu layihə meneceri olmaq üçün lazımlı bilik və bacarıqları öyrənəcəksiniz.
BiTMİŞ VEBİNAR
03 İyul, 20:00
İbrahim Məmmədov
✅Layihələrin idarə olunmasında smetanın əhəmiyyəti
Vebinar zamanı siz smetanın layihə idarəetməsində oynadığı rolu və əhəmiyyətini, düzgün tərtib olunmuş smeta ilə layihənin necə effektiv şəkildə planlaşdırıldığını və idarə olunduğunu öyrənəcəksiniz.
Spiker, IPMA ICB kompetensiyalarının smeta və xərclər sahəsində əhəmiyyətini, həmçinin digər idarəetmə aspektlərinin smeta proseslərinə təsirindən danışacaq.
BiTMİŞ VEBİNAR
05 İyun, 21:00
Orxan Səfərli
✅PMP imtahanına necə hazırlaşmalıyıq?
Vebinar çərçivəsində iştirakçılar PMP imtahanının strukturu və sual tipləri ilə tanış olacaq, rəsmi materiallardan necə istifadə etməyin daha məqsədəuyğun olduğunu öyrənəcəklər. Eyni zamanda, özünü qiymətləndirmə və səmərəli təkrarlama üsulları barədə faydalı tövsiyələr veriləcək. İmtahan zamanı zamanın effektiv idarə olunması və streslə necə mübarizə aparmalı olduğu da vebinarda xüsusi yer tutacaq.
BiTMİŞ VEBİNAR
29 May, 20:00
Vüqar Bayramov
✅İnsan Resurslarında Layihə Düşüncəsi
Bu vebinarda sizə təqdim edəcəyimiz xüsusi mövzu – “İnsan Resurslarında Layihə Düşüncəsi”, HR sahəsində çalışan mütəxəssislərə layihə yönümlü yanaşmanın əhəmiyyətini və tətbiq imkanlarını izah edəcək.
Qeydiyyat
Real təcrübəyə əsaslanan online sessiyalarda iştirak etməyə hazırsınız?
Master-class və webinarlarımız sizə idarəetmə, liderlik və digər sahələrdə praktiki biliklər qazandıracaq.
Qeydiyyatdan keçmək üçün sağdakı formu doldurun və layihənin idarə edilməsində uğura gedən yolunuzu başlayın! Suallarınız varsa, menecerlərimizlə əlaqə saxlayın, bütün suallarınıza cavab verməyə kömək edəcəyik: