Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı ikinci layihə “SÜNİ İNTELEKT dəstəyi ilə Karyera Planlanması Platforması” Layihəsi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı ikinci layihə “SÜNİ İNTELEKT dəstəyi ilə Karyera Planlanması Platforması” Layihəsidir.
Komanda üzvləri Xədicə Cəbrayılova, Mehriban Səlimova, Kənan Əli, Nigar Həsənova idi.
“Karyera Plus” platforması, istifadəçilərin karyera planlamasında daha effektiv və məlumatlı qərarlar qəbul etməsinə dəstək olmaq üçün süni intellekt texnologiyalarını tətbiq edir. Bu platforma istifadəçilərin fərdi maraqlarını, bacarıqlarını və uzunmüddətli məqsədlərini nəzərə alaraq, onlara xüsusi uyğunlaşdırılmış məsləhətlər, təlim proqramları və karyera inkişaf yolları təqdim etməyi hədəfləyir.
Platformanın əsas funksiyalarına fərdi təhlil vasitəsilə uyğun peşələrin müəyyənləşdirilməsi, iş bazarında mövcud trendlər barədə məlumatlandırma, effektiv CV və müraciət strategiyalarının hazırlanması və peşəkar şəbəkə qurma imkanlarının genişləndirilməsi daxildir. Həmçinin, istifadəçilər üçün interaktiv təlimlər, sertifikat proqramları və peşəkar mentorlarla əlaqə qurma imkanı da təqdim olunur.
Bu yanaşma vasitəsilə “Karyera Plus” həm fərdi, həm də korporativ istifadəçilərin karyera inkişafı sahəsində etibarlı tərəfdaşa çevrilməyi məqsəd qoyur.