Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı üçüncü layihə "Ümumi təhsil müəssisələrində SMARTSCHOOL rəqəmsal tədris platformasının tətbiqi" Layihəsi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı üçüncü layihə “Ümumi təhsil müəssisələrində SMARTSCHOOL rəqəmsal tədris platformasının tətbiqi” Layihəsidir.
Komanda üzvləri İlahə Qeybalıyeva, Nigar Kərimli, Tural Mahmudov, Bağır İsmayılov idi.
SMART School layihəsi, rəqəmsal tədris platformasının yerli təhsil sisteminə uğurla tətbiqini hədəfləyən innovativ bir təşəbbüsdür. Layihə müasir texnologiyaların təhsilə inteqrasiyasını təmin edərək, tədris proseslərini optimallaşdırmağı və bütün tədris resurslarını tək bir platformada birləşdirməyi məqsəd qoyur. Bu yanaşma təhsil sistemini daha səmərəli, əlçatan və şəffaf etmək üçün nəzərdə tutulub.
Bu layihə təhsil sistemində rəqəmsallaşmanı təşviq edərək daha effektiv və şəffaf bir tədris mühiti yaradacaq. Təhsil müəssisələrində tədris keyfiyyətinin artırılması, şagirdlərin daha yaxşı təhsil almaları və müvafiq təhsil nəticələrinə nail olmaları təmin ediləcəkdir. Müəllimlər üçün idarəetmə və qiymətləndirmə proseslərinin sadələşməsi, valideynlər üçün isə şagirdlərin inkişafını izləmək imkanı yaradacaq.
Son nəticədə, SMART School layihəsi təhsil sahəsində rəqəmsal dəyişiklikləri həyata keçirərək, təhsil keyfiyyətini yüksəldəcək və təhsil sisteminin daha çevik, səmərəli və uğurlu olmasını təmin edəcəkdir.