Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları İPMA ICB4 təlimini uğurla başa vurdular!
27 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları İPMA ICB4 təlimini uğurla başa vurdular!
Bu təlim müddətində iştirakçılar layihə idarəetmə sahəsində beynəlxalq standartlara uyğun biliklər qazandılar və praktiki bacarıqlarını inkişaf etdirdilər. Onların göstərdiyi səylər və əldə etdikləri nailiyyətlər təqdirəlayiqdir.
Təlim, iştirakçılarımızın peşəkar kompetensiyalarını genişləndirərək, gələcək karyeralarına möhkəm zəmin yaratmaq məqsədi daşıyırdı. Əminik ki, bu bilik və təcrübə onların gələcək layihələrində də uğurla istifadə olunacaq.
İştirakçılarımıza bu nailiyyət münasibətilə ürəkdən təbrik edirik və gələcək fəaliyyətlərində yeni zirvələr arzulayırıq!