Kristal Abşeron-un City Garden layihəsi GPM360 standartı üzrə sertifikatlaşdırmanın ilk mərhələsini tamamladı
GPM360 standartı üzrə sertifikatlaşdırma ciddi bir prosesdir və layihə komandasının üzvləri ilə detallı müsahibələr, məlumatların yoxlanılması və tələblərə uyğunluğun qiymətləndirilməsini əhatə edir. Məmnuniyyətlə bildiririk ki, Kristal Abşeron şirkətinin “City Garden” layihəsi dayanıqlılıq, sosial, ekoloji və iqtisadi təsirlərin ilkin qiymətləndirilməsindən uğurla keçib.
Xüsusilə, bütün əsas aspektlər üzrə müsahibələrdə yüksək nəticələr əldə olunub. Layihədə dayanıqlılıq sahəsində innovativ yanaşmalar tətbiq edilib. Sertifikatlaşdırma prosesi davam edir və biz komandanın bu prosesi uğurla tamamlayaraq Azərbaycanda beynəlxalq “yaşıl” layihələrdən biri kimi tanınmasını arzulayırıq!
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin