Layihə/Proqram/Portfel menecerləri – sektorda az tapılan resurs?

Avropada (və yalnız burada deyil) bir çox iqtisadi sektorda ixtisaslı mütəxəssislərə olan tələbat dayanmadan artsada, bu meyəxəssislərin mövcud kütləsi tələbatı qarşılaya bilmir. İşçi qüvvəsinin yaşlanması bu çatışmazlığın əsas səbəblərindən biri olsa da, bu fenomen xüsusilə iki il əvvəl Covid-19 pandemiyasının başlanğıcından sonra daha aydın şəkildə görünməyə başladı. Həkimlər, mühəndislər, texniklər, tibb bacıları, iaşə işçiləri, tikinti sektorunun müxtəlif peşə sahibləri, müəllimlər, avtobus sürücüləri və bir çox digər ixtisaslı mütəxəssislər az tapılan resursa çevrilib, bu isə iqtisadiyyata və cəmiyyətə ciddi təsir göstərir. Bu çətin vəziyyət müxtəlif sahələrdə çalışan peşəkar və sertifikatlı layihə menecerlərinə də aiddir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Layihə iqtisadiyyatı transformasiya etdikcə, sertifikatlı layihə menecerlərinə olan ehtiyac da artır. Statistikaya əsasən, 2030-cu ilə qədər təxminən 25 milyon yeni layihə idarəetmə mütəxəssisinə ehtiyac olacaq. (1)

Hazırkı qlobal böhran və iqtisadi geriləmə fonunda strateji əhəmiyyət kəsb edən sektorlardan biri enerji sektorudur. Buna görə də, layihə idarəetməsi üzrə peşəkar qurumlar bazarın sertifikatlı layihə menecerlərinə olan ehtiyacına uyğunlaşmalıdır.

Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) və onun üzv assosiasiyaları bu kontekstdə ən azı dörd əsas çağırışla qarşılaşır:

Layihə idarəetmə peşəsinin mövcudluğu barədə məlumat azlığı
Məsələn, iqtisadiyyatları 80%-ə qədər neft və qaz ixracından asılı olan bəzi OPEC ölkələrində layihə idarəetmə peşəsi barədə İPMA C-səviyyəli rəhbər heyət arasında məlumatlılıq nisbətən aşağı səviyyədə qalır. Üstəlik, bu enerji istehsal edən ölkələr hazırda neft-qaz sektorunu günəş panelləri, külək elektrik stansiyaları və digər alternativ enerji mənbələri ilə əvəzləmək üçün genişmiqyaslı layihələr həyata keçirirlər. Bu fenomen digər ölkələrdə, sektorlarda və şirkətlərdə də müşahidə oluna bilər.

İnsanları bu peşəyə cəlb etmək
Gəncləri layihə idarəetmə peşəsinə cəlb etmək təkcə universitet və ya politexnik məktəb səviyyəsində başlamamalıdır – bu proses məktəb səviyyəsindən etibarən həyata keçirilməlidir. IPMA bir neçə il əvvəl bu problemi anlayaraq bu çağırışı nəzərə alan bir ekosistem yaratmağa başlamışdır (https://www.ipma.world/?s=IPMA+kids).

Uyğun profilləri tapmaq və hədəfləmək
Layihə menecerləri yaxşı ünsiyyət, təşkilatçılıq, tənqidi düşünmə və resurslardan səmərəli istifadə bacarıqlarına malik olan universal mütəxəssislər olmalıdır. Bu bacarıqlar istənilən sahədə uğurla tətbiq oluna bilər. Buna görə də, effektiv kommunikasiya və marketinq vasitələrinin hazırlanması, uyğun kampaniya və tədbirlərin keçirilməsi vacibdir. Layihə menecerlərinə olan tələbat yüksək olsa da, sertifikatlaşdırma prosesinə qoşulmaq istəyən namizədlər üçün bu prosesin əlavə dəyəri yaxşı izah edilmədiyi təqdirdə, bu maneəyə çevrilə bilər.

Daha çox sertifikatlı layihə meneceri yetişdirmək
Praktiki səviyyədə əsas dilemma yüksək keyfiyyət standartlarını qorumaqla yanaşı, layihə menecerlərinin sertifikatlaşdırma prosesindən keçmək üçün kifayət qədər vaxt ayırmasını təmin etməkdir. Bunun həlli üçün sertifikatlaşdırma sponsorları, namizədlər və sertifikatlaşdırma qurumları bu çətinliyə uyğunlaşmalı, prosesləri optimallaşdırmalı və təlim-sınaq sessiyalarını namizədlərin ehtiyac və mövcudluğuna uyğun təşkil etməlidir.

Layihə idarəetmə peşəsində peşəkar kadr çatışmazlığını həll etmək üçün IPMA 2030 missiyasını və müvafiq vizyonunu yeniləyib, əsas strateji hədəflərini müəyyənləşdirib və 2023-2024 illəri üçün ikiillik fəaliyyət planını hazırlayıb. Bu plan 2022-ci ilin sentyabr ayında IPMA Şurası tərəfindən təsdiqlənib.

Əgər sizdə “IPMA ICB4 Kompetensiyalar”nı öyrənmək istəyirsinizsə bu linkdən ətraflı məlumat ala bilərsiniz

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, layihə/proqram/portfel menecerləri bir çox sektorda az tapılan resursa çevrilib. Lakin sevindirici haldır ki, peşəkar layihə idarəetmə təşkilatları bu məsələyə təsir edə bilər. IPMA 2030 missiyası və strateji hədəfləri çərçivəsində bu problemləri həll etməyə çalışır. Bu, layihə idarəetmə peşəsini geniş şəkildə təbliğ etməyi və bu hədəfləri reallaşdırmaq üçün tərəfdaşlıqlar qurmağı nəzərdə tutur.

Hər hansı bir iqtisadi sektorda müxtəlif oyunçular eyni məqsəd uğrunda – layihə idarəetmə peşəsi üçün ixtisaslı kadrlar yetişdirmək və cəmiyyətə töhfə vermək üçün çalışdıqları kimi, bu peşəni daha yaxşı koordinasiya etmək vacibdir. Layihə idarəetmə peşəsi yalnız müxtəlif oyunçuların birlikdə çalışması ilə cəmiyyətin ən yüksək səviyyələrində tanınacaq. Bu istiqamətdə artıq təşəbbüslər həyata keçirilir, çünki tək getdiyimiz zaman tez irəliləyə bilərik, lakin birlikdə getsək, məqsədlərimizə daha uzağa çata bilərik.